Bafode Dansoko “Şəfa”da!

Son olaraq İsveçrə təmsilçisi “Vintertur”da çıxış etmiş cinah hücumçusu Bafode Dansoko bundan sonra “Şəfa”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Vurğulanır ki, növbəti mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa” daha bir transferi reallaşdırıb. Qvineyalı vinger Bafode Dansoko ilə 1 illik müqavilə imzalanıb.

30 yaşlı futbolçu son olaraq İsveçrə təmsilçisi “Vintertur”da çıxış edib. Karyerası ərzində o, Belçikanın “Patro Eysden”, “KMSK Deynze”, “La Luvyer”, Fransanın “Vol-an-Velen” və “Vaskal” klublarının da formasını geyinib.

Xatırladaq ki, “Şəfa” daha öncə Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Murad Musayev, Məmməd Hüseynov, Vlad Pop, Andrey Draqu, Dilan Mertens, Mussa Quel, Fərid Yusifli, Maudo Jarjue və Treyvon Fulleri də heyətinə qatmışdı. Paytaxt klubu Tərlan Quliyev, Elnur Cəfərov, Ramin Nəsirli və Nahid Əliyevlə yeni müqavilə bağlayıb. Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev, Ürfan İsmayılov, Rəvan Kazımov, Vüqar Həsənov və Ruslan Hacıyev isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: