“Bayer” darmadağınla 1/8 finalda!

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan “Bayer” bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Leverkuzen klubu Almaniya Kubokunun 1/16 final mərhələsi çərçivəsində “Sandhauzen”lə qarşılaşıb.

Səfərdə baş tutan qarşılaşma “Qarabağ”ın rəqibinin 5:2 hesablı qələbəsiylə yekunlaşıb. Leverkuzenlilərin heyətində Esekiel Palasios, Conatan Ta, Adam Hlojek və dubla imza atan Amin Adli fərqləniblər. Qonaqlar yalnız ilk qolu penaltidən vurublar.

Xatırladaq ki, “Bayer” Almaniya Bundesliqasında da 9 turdan sonra 25 xalla vahid liderdir.

Leverkuzen təmsilçisi Bundesliqada növbəti matçını oktyabrın 4-də səfərdə “Hoffenhaym”a qarşı keçirəcək.

Almaniya klubu ilə “Qarabağ” arasındakı ilk qarşılaşma oktyabrın 26-da Leverkuzendə baş tutub və meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasındakı növbəti matç isə noyabrın 9-da Bakıda keçiriləcək. Bu iki komandanın yer aldığı H qrupunda Norveçin “Molde” və İsveçin “Hakken” komandaları da mübarizə aparır.

Xəbəri sosial şəbəkələrdə paylaş: