“Bayer” “Haydenhaym”a 4 qolla qalib gəldi

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan “Bayer” bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Leverkuzen klubu Almaniya Bundesliqasının 5-ci turu çərçivəsində “Haydenhaym”la qarşılaşıb.

Doğma meydanda baş tutan qarşılaşma “Qarabağ”ın rəqibinin 4:1 hesablı qələbəsiylə yekunlaşıb. Leverkuzenlilərin heyətində Viktor Bonifase dubla imza atıbsa, digər qolları Yonas Hofmann və Amin Adli vurublar.

“Bayer” Almaniya Bundesliqasında 5 turdan sonra 13 xalla 2-ci pillədə qərarlaşıb. Lider “Bayern” yalnız daha yaxşı top fərqinə görə zirvədə yer alıb.

Leverkuzenlilər Bundesliqada növbəti matçlarını sentyabrın 30-da səfərdə “Maynts”a qarşı keçirəcək.

Almaniya klubu ilə “Qarabağ” arasındakı ilk qarşılaşma oktyabrın 26-da Leverkuzendə baş tutacaq. Tərəflər arasındakı növbəti matç isə noyabrın 9-da Bakıda keçiriləcək. Bu iki komandanın yer aldığı H qrupunda Norveçin “Molde” və İsveçin “Hakken” komandaları da mübarizə aparır.

Xəbəri sosial şəbəkələrdə paylaş: