“Bayer” “Köln”ə də böyük hesabla qalib gəldi – Video

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan “Bayer” bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Leverkuzen klubu Almaniya Bundesliqasının 7-ci turu çərçivəsində “Köln”lə qarşılaşıb.

Doğma meydanda baş tutan qarşılaşma “Qarabağ”ın rəqibinin 3:0 hesablı qələbəsiylə yekunlaşıb. Leverkuzenlilərin heyətində Yonas Hofman (22-ci dəqiqə), Jeremi Frimponq (32) və Viktor Bonifase (67) fərqləniblər.

“Bayer” Almaniya Bundesliqasında 7 turdan sonra 19 xalla vahid liderdir.

Leverkuzenlilər Bundesliqada növbəti matçlarını oktyabrın 21-də səfərdə “Volfsburq”a qarşı keçirəcəklər.

Almaniya klubu ilə “Qarabağ” arasındakı ilk qarşılaşma oktyabrın 26-da Leverkuzendə baş tutacaq. Tərəflər arasındakı növbəti matç isə noyabrın 9-da Bakıda keçiriləcək. Bu iki komandanın yer aldığı H qrupunda Norveçin “Molde” və İsveçin “Hakken” komandaları da mübarizə aparır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: