Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan “Bayer” bu gün növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Leverkuzen klubu Almaniya Bundesliqasının 6-cı turu çərçivəsində “Maynts”la qarşılaşıb.
Səfərdə baş tutan qarşılaşma “Qarabağ”ın rəqibinin 3:0 hesablı qələbəsiylə yekunlaşıb. 18-ci dəqiqədə meydan sahiblərinin futbolçusu avtoqola imza atıb. Digər qolları isə Aleks Qrimaldo və Yonas Hofmann vurublar.
“Bayer” Almaniya Bundesliqasında 6 turdan sonra 16 xalla vahid liderdir.
Leverkuzenlilər Bundesliqada növbəti matçlarını oktyabrın 8-də evdə “Köln”ə qarşı keçirəcəklər.
Almaniya klubu ilə “Qarabağ” arasındakı ilk qarşılaşma oktyabrın 26-da Leverkuzendə baş tutacaq. Tərəflər arasındakı növbəti matç isə noyabrın 9-da Bakıda keçiriləcək. Bu iki komandanın yer aldığı H qrupunda Norveçin “Molde” və İsveçin “Hakken” komandaları da mübarizə aparır.


