“Bayern” Almaniya Kubokunda mübarizəni erkən dayandırdı

Futbol üzrə Almaniya Kubokunda 1/16 final mərhələsinin oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 8 qarşılaşma baş tutub.

Yekunda “Borussiya” (Dortmund), “Paderborn”, “Maqdeburq”, “Bayer”, “Herta”, “Nürnberq”, “Saarbrükken” və “Ayntraxt” mərhələ adlayıblar.

Daha öncə “Hamburq”, “Borussiya” (Mönhenqladbah), “Kayzerslautern”, “Fortuna” (Düsseldorf), “Homburq”, “Sankt Pauli”, “Ştutqart” və “Volfsburq” komandaları da 1/8 finala vəsiqə qazanmışdılar.

“Union Berlin”, “Leypsiq”, “Şalke” kimi klubların ardınca “Bayern”, “Frayburq” və “Maynts”ın da mübarizəni dayandırması diqqətçəkən olub.

Xatırladaq ki, Almaniya Kubokunda 1/8 final mərhələsinin püşkatma mərasimi noyabrın 5-də baş tutacaq. Bu mərhələnin oyunları isə dekabrın ilk günlərində keçiriləcək.

Almaniya Kuboku
1/16 final
31 oktyabr

Arminiya (Bilefeld) – Hamburq 1:1 (penaltilər 3:4)
Borussiya (Mönhenqladbah) – Haydenhaym 3:1
Kayzerslautern – Köln 3:2
Unterhaxinq – Fortuna (Düsseldorf) 3:6
Homburq – Qroyter 2:1
Sankt Pauli – Şalke 2:1
Ştutqart – Union Berlin 1:0
Volfsburq – Leypsiq 1:0

1 noyabr

Borussiya (Dortmund) – Hoffenhaym 1:0
Frayburq – Paderborn 1:3
Holştayn – Maqdeburq 3:3 (penaltilər 3:4)
Sandhauzen – Bayer 2:5
Herta – Maynts 3:0
Nürnberq – Hanza Rostok 3:2
Saarbrükken – Bayern 2:1
Viktoriya (Köln) – Ayntraxt 0:2

Xəbəri sosial şəbəkələrdə paylaş: