“Bayern” ardıcıl 65-ci ev oyununda qol vurdu, rekorda imza atdı

Futbol üzrə Almaniya Bundesliqasının 17-ci turunun “Hoffenhaym”la ev oyunu son çempion “Bayern” üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Münhen təmsilçisi Almaniya Bundesliqasında yeni rekorda imza atıb.

“Opta”nın məlumatına görə, sözügedən komanda buna “Hoffenhaym”ı 3:0 hesabı ilə məğlub etməklə nail olub. Belə ki, Münhen təmsilçisi Bundesliqada ardıcıl 65-ci ev oyununda qol vurub. Bu, Almaniya çempionatı tarixində yeni rekorddur.

Xatırladaq ki, “Bayern” Almaniya Bundesliqasının 2023/2024 mövsümünün geridə qalan hissəsində 16 oyun keçirib və bu görüşlərdə 41 xal toplayıb. Tomas Tuxelin çalışdırdığı komanda hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Almaniya Bundesliqasına 42 xala malik “Bayer” liderlik edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: