Futbol üzrə Almaniya Bundesliqasının 13-cü turunun təxirə salınmış “Bayern” – “Union Berlin” matçının nə vaxt keçiriləcəyi bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə Bundesliqanın mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, qarşılaşma 2024-cü il yanvarın 24-də baş tutacaq. Matç həmin gün “Alyans Arena”da gerçəkləşəcək.
Xatırladaq ki, dekabrın 2-də keçirilməli olan görüş güclü qar yağması səbəbindən təxirə salınmışdı. Münhem klubunun rəhbərliyi nəqliyyat yollarının qar altında qalmasını, hava şəraiti əlaqədar nəqliyyatın hərəkətində yaranmış məhdudiyyəti əsas gətirərək, həm yerli və həm də qonaq azarkeşləri təhlükəyə atmaq istəmədiyindən oyunun təxirə salınmasını münasib bilmişdi.
Almaniya Bundesliqasında 13 turdan sonra “Bayern” 32 xal toplayıb və hazırda 2-ci pillədə qərarlaşıb. “Union Berlin” isə 7 xalla 18-ci pillədədir. Bundesliqaya 35 xalla “Bayer” (Leverkuzen) başçılıq edir.


