Futbol üzrə Belçika yığmasının Serbiya ilə yoldaşlıq və Azərbaycan millisi ilə AÇ-2024-ün seçmə mərhələ oyunu üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, komandanın baş məşqçisi Domeniko Tedesko 26 futbolçuya dəvət göndərib. Heyətdə 4 qapıçı, 8 müdafiəçi, 6 yarımmüdafiəçi və 8 hücumçu yer alıb.
Belçika yığmasına dəvət almış futbolçuların siyahısı belədir:
Qapıçılar
Kun Kastels (“Volfsburq”, Almaniya)
Arno Bodar (“Standard”)
Mats Sels (“Strasburq”, Fransa)
Tomas Kaminski (“Luton Taun”, İngiltərə)
Müdafiəçilər
Yan Vertongen (“Anderlext”)
Amen Əl-Daxil (“Börnli”, İngiltərə)
Zeno Debast (“Anderlext”)
Vaut Fas (“Lester Siti”, İngiltərə)
Artur Teat (“Renn”, Fransa)
Timoti Kastan (“Fulhem”, İngiltərə)
Zinyo Vanheusden (“Standard”)
Aleksis Salemakers (“Bolonya”, İtaliya)
Yarımmüdafiəçilər
Yuri Tilemans (“Aston Villa”, İngiltərə)
Amadu Onana (“Everton”, İngiltərə)
Orel Manqala (“Nottingem Forest”, İngiltərə)
Olivye Deman (“Verder”, Almaniya)
Aster Vranks (“Volfsburq”, Almaniya)
Artur Vermeren (“Antverpen”)
Hücumçular
Romelu Lukaku (“Roma”, İtaliya)
Lua Openda (“Leypsiq”, Almaniya)
Mişi Batşuayi (“Fənərbaxça”, Türkiyə)
Yohan Bakayoko (PSV, Niderland)
Dodi Lukebakio (“Sevilya”, İspaniya)
Leandro Trossard (“Arsenal”, İngiltərə)
Yannik Karrasko (“Əl-Şabab”, Səudiyyə Ərəbistanı)
Jeremi Doku (“Mançester Siti”, İngiltərə)
Qeyd edək ki, Belçika yığması noyabrın 15-də Serbiya yığmasını, dörd gün sonra isə Azərbaycan millisini qəbul edəcək.


