“Beşiktaş” Türkiyə Kubokunda 1/8 finala darmadağınla yüksəldi

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2023/2024 mövsümünün 1/16 final mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

“Fatih Karagümrük” “Kırklarelispor”u, “Ankaragücü” “Rizəspor”u inamlı qələbə ilə mübarizədən kənarlaşdırıb.

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” “Sakaryaspor”la ev oyununda darmadağınla qalib gələrək növbəti mərhələyə yüksəlib. Millimizin üzvü bu oyunun iştirakçısı olmayıb.

“Beşiktaş” da “Eyüpspor”la ev oyununda 4 cavabsız qola sevinib və adını 1/8 finala yazdırıb.

Super Liqa təmsilçisi “Kasımpaşa” isə gözlənilmədən aşağı liqa klubu “Bandırmaspor”a uduzaraq mübarizəni dayandırıb.

Türkiyə Kubokunda 1/16 final mərhələsinin qalan oyunları 17 və 18 yanvarda keçiriləcək.

Türkiyə Kuboku
1/16 final
16 yanvar

Fatih Karagümrük – Kırklarelispor 2:0
Kasımpaşa – Bandırmaspor 0:1
Hatayspor – Sakaryaspor 5:1
Ankaragücü – Rizəspor 3:1
Beşiktaş – Eyüpspor 4:0

17 yanvar

14:00. Antalyaspor – Pendikspor
14:00. Başakşəhər – Boluspor
16:00. Qaziantep – Bodrumspor
18:00. Alanyaspor – Samsunspor
20:00. Adana Dəmirspor – Ərzincanspor
22:00. Fənərbaxça – Adanaspor

18 yanvar

14:00. Sivasspor – Keçiörengücü
16:00. Kayserispor – Gənclərbirliyi
18:00. Konyaspor – Göztəpə
20:00. Trabzonspor – Manisa
22:00. Qalatasaray – Ümraniyəspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: