“Beşiktaş” Viktor Ruisə təzminat ödəyəcək

İdman Arbitraj Məhkəməsi (CAS) “Beşiktaş”ın keçmiş futbolçusu Viktor Ruisə ümumilikdə 2,3 milyon avro təzminat ödəməsinə qərar verib.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Türkiyə nəhənginin yaydığı açıqlamda bildirilib:

“İdman Arbitraj Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qərarına əsasən, 15 iyul 2020-ci ildə klubla müqaviləsinə xitam verən peşəkar komandamızın oyunçusu Viktor Ruis Torre 2 048 538 93 avro, həmçinin COVİD-19 pandemiyası ilə əlaqədar 270 000 avro əmək haqqı tutulmasının müvafiq dövrlər nəzərə alınmaqla hesablanacaq illik 5% faiz də daxil olmaqla ödənilməsinə qərar verilib”.

Futbolçu karyerasına “Espanyol”da başlamış Ruis “Napoli”, “Valensiya” və “Vilyarreal”da oynadıqdan sonra 2019-cu ildə “Beşiktaş”a transfer olunub. “Ağ-qaralar”ın heyətində 26 matça çıxan ispan müdafiəçi 1 məhsuldar ötürmə edib, lakin qol hesabını aça bilməyib. “Beşiktaş”da bir mövsüm çıxış etdikdən sonra “Betis”lə müqavilə imzalayan Ruis ötən ilin sentyabrında futbol oynamağa başladığı İspaniya 2-ci Liqa komandası “Espanyol”a transfer olunub. Yeni komandası ilə 2 matça iştirak edən 34 yaşlı futbolçu 94 dəqiqə meydanda qala bilib.

Nihad Əsədov

Xəbəri sosial şəbəkələrdə paylaş: