Sevilya təmsilçisi “Betis”in idman direktoru, ispan mütəxəssis Ramon Planes bir çox klubların maraq dairəsindədir.
Arena.az “Estadio Deportivo” dərgisinə istinadən məlumat verir ki, bu klublar arasında əsas iddiaçı “Çelsi”dir.
“Zadəganlar” Planesi təyinatını gerçəkləşdirmək istəyirlər. London klubu onun işinə nəzarət edir, mütəxəssisin peşəkarlığına hörmət bəsləyir. Vurğulanır ki, Planes “zadəganlar”ın baş məşqçisi, argentinalı mütəxəssis Maurisio Poçettino ilə dostdur.
Buna rəğmən, Ramon Planes ona daha yüksək maaşla 3 mövsümlük müqavilə təklif etməyə hazır olan Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə də maraqlanır.
Bu mənzərəəd “Betis” əmindir ki, Planes 2026-cı ilin yayına – qüvvədə olan müqaviləsi başa çatana qədər Əndəlüs klubunda işləməyə davam edəcək.
Hazırda “Betis” La Liqanın 18 turundan sonra 28 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Sevilya təmsilçisi gələn mövsüm də avrokuboklara düşməyə ümidlidir.


