Birinci Liqa: “Karvan” evdə, “Mingəçevir” səfərdə sevindi

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 3-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Qaradağ Lökbatan” doğma meydanda “İrəvan”a tək qolla uduzub. “Araz Saatlı” da “Mingəçevir”lə ev oyunundan məğlub ayrılıb. “Karvan” isə “Difai Ağsu”nu qəbul edib və inamlı qələbəyə sevinib.

Birinci Liqa
3-cü tur
28 sentyabr

“Zaqatala” – MOİK 2:2
Qollar: Rüstəm Nuriyev, 13. Bəhruz Teymurov, 77 – Elvin Vəliyev, 24. İsa Zeynallı, 73-pen.
Hakimlər: İslam Məmmədov, Eyyub İbrahimov, Mirnihad Seyidov, Elvin Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zaqatala OİK stadionu, 15:00.

“İmişli” – “Şamaxı” 0:3
Qollar: Emin Zamanov, 47-pen; 63-pen; 66.
Hakimlər: Səbuhi Bayramov, Şirmamed Mamedov, Sənan Atayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov..
Saatlı OİK stadionu, 15:30

29 sentyabr

“Qaradağ Lökbatan” – “İrəvan” 0:1
Qol: Elşən Abdullayev, 86.
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Tərlan Talıbzadə, Vüqar Həsənli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“Araz Saatlı” – “Mingəçevir” 0:2
Qollar: Elsevər Bəkirzadə, 16. Tural Məmmədzadə, 36.
Hakimlər: Kamran Əliyev, Vüsal Məmmədov, Rasim Axundov, Əkbər Əhmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Saatlı OİK stadionu, 15:00.

“Karvan” – “Difai Ağsu” 2:0
Qollar: Elnur Mustafazadə, 71. İzzət Müştaqov, 76.
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Rəhman Aslanov, Namiq Bəkirov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Yevlax şəhər stadionu, 15:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: