Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 5-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, turun qapanış matçında “Şamaxı” doğma meydanda “Mingəçevir”lə üz-üzə gəlib.
Beş qolun qeydə alındığı bu oyun qonaqların qələbəsi ilə başa çatıb. Bu, “Şamaxı”nın cari mövsümdəki ilk məğlubiyyətidir.
Birinci Liqa
5-ci tur
18 oktyabr
“İmişli” – “İrəvan” oyunu baş tutmayıb
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Rasim Axundov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
İmişli şəhər stadionu, 15:00.
19 oktyabr
“Qaradağ Lökbatan” – “Zaqatala” 2:1
Qollar: Ürfan İsmayılov, 54. Mehdi Tahirov, 81 – Uoren Lloyd, 45+2.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Vüsal Məmmədov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.
“Araz Saatlı” – “Difai Ağsu” 5:2
Qollar: İlkin Əliyev, 62. Kamran Həsənzadə, 69. Elşan Sabbaği, 75. Şamil Abdullayev, 84. Oqtay Məmmədov, 90+5 – Rəhman Quliyev, 26. Ramin Süleymanov, 78.
Hakimlər: Kamranbəy Rəhimov, Orxan İbişov, Samir Qaracayev, Əkbər Əhmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Saatlı OİK stadionu, 15:00.
“Karvan” – MOİK 0:3
Qollar: Elmir Rəhimzadə, 8; 31. Xəyal Bədirov, 85.
Hakimlər: Kamal Umudlu, Zöhrab Abbasov, Aydın Baxşıyev, Namiq Bəkirov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Yevlax şəhər stadionu, 15:30.
20 oktyabr
“Şamaxı” – “Mingəçevir” 2:3
Qollar: Elşad Tağıyev,45+1. Cəlal Cəbrayılov, 70 – Aqil Nəsibov, 17; 43. Əsədulla Heydərov, 81.
Hakimlər: Vüqar Həsənli, Elman Kərimov, Anar Bədəlov, Murad Səlimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı şəhər stadionu, 15:00.



