“Bləkbörn” də İngiltərə Kubokunda 1/8 finala vəsiqə qazandı

Bu gün futbol üzrə İngiltərə Kubokunda 2023/2024 mövsümünün 1/16 final mərhələsinin növbəti qarşılaşması baş tutub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir oyun keçirilib.

“Bləkbörn” doğma meydanda “Reksem”lə qarşılaşıb. Beş qolun qeydə alındığı oyunda darmadağına sevinən “Bləkbörn” 1/8 finala vəsiqəni təmin edib.

İngiltərə Kubokunda 1/16 final mərhələsinə heç-heçə başa çatmış və təkrar keçiriləcək oyunlarla yekun vurulacaq. Həmin oyunlar fevralın 6-7-8-də keçiriləcək.

İngiltərə Kuboku
1/16 final
25 yanvar

Bornmut – Suonsi Siti 5:0

26 yanvar

Bristol Siti – Nottingem Forest 0:0
Çelsi – Aston Villa 0:0
Şeffild Uensdey – Koventri Siti 1:1
Tottenhem – Mançester Siti 0:1

27 yanvar

İpsviç Taun – Meydston Yunayted 1:2
Everton – Luton Taun 1:2
Lids – Plimut 1:1
Lester Siti – Birmingem Siti 3:0
Şeffild Yunayted – Brayton 2:5
Fulhem – Nyukasl 0:2

28 yanvar

Vest Bromviç – Vulverhempton 0:2
Uotford – Sauthempton 1:1
Liverpul – Norviç Siti 5:2
Nyuport – Mançester Yunayted 2:4

29 yanvar

Bləkbörn – Reksem 4:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: