Rusiyalı ağırlıqqaldıran, rekordçu Boris Xarlamov məşq zamanı üzərinə 110 kq ağırlığında odun-gövdəni salaraq ağır zədə alıb.
Arena.az xəbər verir ki, bu barədə “Bogatyrskaya Rus” Perm Güc İdman növləri Federasiyasının rəhbəri Aleksey Medvedev məlumat yayıb:
“Məşq zamanı Xarlamov loq-liftə (odun-gövdə) nəzarəti itirib yıxılaraq, 110 kiloqramlıq odun-gövdəni qarnına salıb. O, nazik bağırsağın böyük yırtığını və 80% qan itkisi alıb. Təcili yardım həkimlərinin və cərrahların çevik və əlaqələndirilmiş fəaliyyəti sayəsində Boris sağ qalıb və artıq süni nəfəs aparatından çıxarılıb. Hazırda ən qorxulusu arxada qalıb”, – Medvedev sosial şəbəkələrdə bildirib.
25 yaşlı Boris Xarlamov güc ekstrimi üzrə on illik təcrübəyə malik idman ustasıdır. Boris 100 kiloqramlıq qantel qaldırma üzrə dünya rekorduna sahibdir. Rus atlet bunu bir dəqiqədə dörd dəfə edib.


