“Borussiya” yeni qapıçı transfer etdi

Almaniyanın “Borussiya” (Dortmund) klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Yan Regensburq”dan Aleksandr Meyeri transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.

Aleksandr Meyer 2019-cu ildən “Yan Regensburq”da çıxış edirdi. Alman futbolçunun sözügedən klubla müqaviləsinin müddəti bitdiyi üçün, Dortmund təmsilçisinə azad agent kimi keçib. O, daha öncə “Hamburq”, “Havelse”, “Enerji Kotbus” və “Ştutqart”da da forma geyinib.

Erlinq Halandı “Mançester Siti”yə satan “Borussiya”, Meyerdən öncə Niko Şlotterbek, Salih Özcan, Niklas Süle, Kərim Adeyemi və Marsel Lotkanı da transfer etmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: