İngiltərənin “Lids” klubu ABŞ millisinin də üzvü olan hücumameyilli yarımmüdafiəçisi Brenden Aronson ilə müqavilənin müddətini uzadıb.
Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Tərəflər arasındakı yeni anlaşma 2029-cu il iyunun 30-dək nəzərdə tutulub.
25 yaşlı futbolçu 2022-ci ildən İngiltərə təmsilçisinin şərəfini qoruyur. O, Premyer Liqa təmsilçisinin heyətində 130 oyun keçirib, 14 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.
Brenden Aronson karyerası ərzində “Filadelfiya” (ABŞ), “Union Berlin” (Almaniya) və “Zalsburq” (Avstriya) klublarında da çıxış edib.
Aronson 2020-ci ildən Amerika Birləşmiş Ştatları yığmasında çıxış edir. O, millinin heyətində 59 oyuna çıxıb, 9 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı futbolçunun transfer qiymətini 22 milyon avro məbləğində qiymətləndirir.


