İngiltərənin “Brentford” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İtaliyanın “Bolonya” klubunun şotlandiyalı sol cinah müdafiəçisi Aaron Hikini transfer edib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. 20 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb. Onun transferi İngiltərə təmsilçisinə təxminən 16.5 milyon avroya başa gəlib.
Aaron Hiki Şotlandiyanın “Hart of Midlotian” klubunun yetirməsidir. O, peşəkar karyerasına da sözügedən komandada başlayıb. Gənc müdafiəçi 2020-ci ildən “Bolonya”da forma geyinirdi. O, İtaliya klubunun əsas komandasında 48 oyun keçirib, 5 qol vurub.
Bu ildən Şotlandiya yığmasına da dəvət alan futbolçu, milli komandada 4 oyuna çıxıb.


