Bruno Gimarayns Premyer Liqa klubu ilə yeni müqavilə bağladı

İngiltərənin “Nyukasl” klubu Braziliyadan olan dayaq yarımmüdafiəçisi Bruno Gimarayns ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

25 yaşlı futbolçu Premyer Liqa təmsilçisi ilə uzunmüddətli sazişə qol çəkib. Yeni anlaşmaya əsasən, 25 yaşlı oyunçu 2028-ci ilin yayına kimi “sağsağanlar”a məxsus olacaq. Müqaviləyə 115 milyon avro təzminat məbləği bəndi əlavə olunub. Futbolçunun əvvəlki müqaviləsinin müddəti 2025-ci ilin 30 iyununda başa çatacaqdı.

Xatırladaq ki, “Nyukasl” Brunonu 2022-ci ilin yanvarında 42,1 milyon avro qarşılığına Fransanın “Olimpik” (Lion) klubundan alıb. Yarımmüdafiəçi indiyə qədər bu komandanın heyətində 67 ouuna çıxıb, 11 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.

Bruno Gimarayns daha öncə Lion “Olimpik”indən aşqa “Atletiko Paranaense” klubunun da formasını geyinib. O, Braziliya milli komandasında 14 oyun keçriib, 1 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: