Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin sonuncu – 6-cı turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə E, F, G və H qrupları çərçivəsində 8 qarşılaşma baş tutacaq.
E qrupunda Madrid “Atletiko”su İtaliya təmsilçisi “Latsio”nu qəbul edəcək. Növbəti mərhələyə vəsiqəni təmin etmiş komandalar qrup liderliyi üçün mübarizə aparacaqlar. Şotlandiya “Seltik”i isə Niderland “Feyenoord”u ilə üz-üzə gələcək.
F qrupunda İtaliya nəhəngi “Milan” İngiltərədə “Nyukasl”ın qonağı olacaq. Dortmund “Borussiya”sı isə Almaniyada Fransa çempionu PSJ ilə münasibətlərinə aydınlıq gətirəcək.
G qrupunda ÇL-in son qalibi “Mançester Siti” Serbiyada “Srvena Zvezda”nın müqavimətini qırmağa çalışacaq. Yeri gəlmişkən, bu oyunu Əliyar Ağayevin rəhbərlik etdiyi azərbaycanlı hakimlər briqadası idarə edəcək. Qrupun digər matçı Almaniyanın “Leypsiq” və İsveçrənin “Yanq Boyz” komandaları arasında olacaq.
H qrupunda isə İspaniya nəhəngi “Barselona” Belçikada “Antverpen”in qonağı olacaq. Donetsk “Şaxtyor”u (Ukrayna) da səfərdə “Portu” (Portuqaliya) ilə üz-üzə gələcək.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına 2024-cü ilin fevral ayının 13-də start veriləcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 6-cı tur
13 dekabr
E qrupu
00:00. “Atletiko” (İspaniya) – “Latsio” (İtaliya)
00:00. “Seltik” (Şotlandiya) – “Feyenoord” (Niderland)
Xal: Atletiko – 11. Latsio – 10. Feyenoord – 6. Seltik – 1.
F qrupu
00:00. “Nyukasl” (İngiltərə) – “Milan” (İtaliya)
00:00. “Borussiya” (Dortmund, Almaniya) – PSJ (Fransa)
Xal: Borussiya – 10. PSJ – 7. Nyukasl – 5. Milan – 5.
G qrupu
21:45. “Srvena Zvezda” (Serbiya) – “Mançester Siti” (İngiltərə)
21:45. “Leypsiq” (Almaniya) – “Yanq Boyz” (İsveçrə)
Xal: Mançester Siti – 15. Leypsiq – 9. Yanq Boyz – 4. Srvena Zvezda – 1.
H qrupu
00:00. “Portu” (Portuqaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna)
00:00. “Antverpen” (Belçika) – “Barselona” (İspaniya)
Xal: Barselona – 12. Portu – 9. Şaxtyor – 9. Antverpen – 0.


