Bundesliqa: “Ayntraxt”a “Maynts”la matçda 1 qol bəs etdi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 19-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Ayntraxt” doğma meydanda “Maynts”la qarşılaşıb. Frankfurt təmsilçisi bu oyunda 3 xalı tək qolla qazanıb.

19-cu turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
19-cu tur
26 yanvar

Ayntraxt – Maynts 1:0
Qol: M.Götse, 73.

27 yanvar

18:30. Auqsburq – Bayern
18:30. Hoffenhaym – Haydenhaym
18:30. Ştutqart – Leypsiq
18:30. Verder – Frayburq
18:30. Volfsburq – Köln
21:30. Bayer – Borussiya (Mönxenqladbax)

28 yanvar

18:30. Union Berlin – Darmştadt
20:30. Borussiya (Dortmund) – Boxum

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: