Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 17-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.
“Frayburq” – “Union Berlin” matçında qapılara qol vurulmayıb. “Köln” – “Haydenhaym” və “Maynts” – “Volfsburq” görüşlərində tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Səfərdə “Auqsburq”un qonağı olan “Bayer” bu dəfə də qalib gəlib. “Leypsiq” isə evdə “Ayntraxt”a minimal hesabla uduzub.
Dortmund “Borussiya”sı da “Darmştadt”la səfər oyununda darmadağına sevinib.
17-ci turun qalan qarşılaşmaları bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
17-ci tur
12 yanvar
Bayern – Hoffenhaym 3:0
Qollar: Musiala, 18; 70. H.Keyn, 90.
13 yanvar
Auqsburq – Bayer 0:1
Qol: Palasios, 90+4.
Köln – Haydenhaym 1:1
Qollar: Selke, 29 – Bek, 55.
Frayburq – Union Berlin 0:0
Maynts – Volfsburq 1:1
Qollar: Vidmer, 61 – Çerni, 12.
Leypsiq – Ayntraxt 0:1
Qollar: Knauff, 7.
Darmştadt – Borussiya (Dortmund) 0:3
Qollar: Brandt, 24. Roys, 77. Mukoko, 90+2.
14 yanvar
18:30. Boxum – Verder
20:30. Borussiya (Mönxenqladbax) – Ştutqart


