Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 19-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.
“Hoffenhaym” – “Haydenhaym” və “Volfsburq” – “Köln” matçlarında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Lider “Bayer” bu turda Mönxenqladbax “Borussiya”sı ilə qarşılaşıb və xal itkisi ilə üzləşib. Bundan maksimum yararlanan son çempion “Bayern” səfərdə “Auqsburq”a qalib gələrək liderlə aradakı xal fərqini azaldıb.
“Ştutqart” doğma meydanda “Leypsiq”ə, “Verder” “Frayburq”a qalib gəlib.
19-cu turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
19-cu tur
26 yanvar
Ayntraxt – Maynts 1:0
Qol: M.Götse, 73.
27 yanvar
Auqsburq – Bayern 2:3
Qollar: Demiroviç, 52; 90+4-pen – Pavloviç, 23. Devis, 45+5. Keyn, 58.
Hoffenhaym – Haydenhaym 1:1
Qollar: Kramariç, 45+7 – Dinkci, 29.
Ştutqart – Leypsiq 5:2
Qollar: Millo, 25-pen. Undav, 30; 56; 75. Levelinq, 48 – Şeşko, 32. Openda, 55.
Verder – Frayburq 3:1
Qollar: Dukş, 9-pen. Njinma, 53. Malatini, 90+3 – Qrifo, 28-pen.
Volfsburq – Köln 1:1
Qollar: Paredes, 40 – Alidu, 38.
Bayer – Borussiya (Mönxenqladbax) 0:0
28 yanvar
18:30. Union Berlin – Darmştadt
20:30. Borussiya (Dortmund) – Boxum


