Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 18-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Darmştadt” – “Ayntraxt” matçında, eləcə də “Haydenhaym” – “Volfsburq” görüşündə qalib müəyyənləşməyib.
“Frayburq” “Hoffenhaym”ı, “Boxum” da “Ştutqart”ı məğlub yola salıb.
Səfərdə “Köln”lə qarşılaşan Dortmund “Borussiya”sı bu rəqibini 4 cavabsız qolla məğlub edib.
Lider “Bayer” isə səfərdə “Leypsiq”lə üz-üzə gəlib. Beş qolun qeydə alındığı bu oyundan əzmkar qələbə ilə ayrılan Leverkuzen təmsilçisi uğurlu seriyasını davam etdirib. Hazırda “Bayer” 48 xalla (18 oyun) vahid liderdir. 16 oyuna 41 xal toplamış son çempion “Bayern” 41 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 18 oyuna 34 xal toplamış “Ştutqart” qapayır.
18-ci turun qalan iki oyunu sabah keçiriləcək. Bu turun “Maynts” – “Union Berlin” görüşü isə təxirə salınıb.
Almaniya, Bundesliqa
18-ci tur
20 yanvar
Boxum – Ştutqart 1:0
Qol: Bero, 50.
Darmştadt – Ayntraxt 2:2
Qollar: Yustvan, 61. Klarer, 90+5 – Nkunku, 33. Knauff, 51.
Köln – Borussiya (Dortmund) 0:4
Qollar: Malen, 12; 61. Fullkruq, 58. Mukoko, 90+2.
Frayburq – Hoffenhaym 3:2
Qollar: Holer, 37. Qrifo, 55. Sallai, 85 – Veqhorst, 57. Beyer, 77.
Haydenhaym – Volfsburq 1:1
Qollar: Yens, 45+2-öz qapısına – Çerni, 7.
Leypsiq – Bayer 2:3
Qollar: X.Simons, 7. Openda, 56 – Tella, 47. Ta, 63. İnkapye, 90+1.
21 yanvar
18:30. Bayern – Verder
20:30. Borussiya (Mönxenqladbax) – Auqsburq


