Bundesliqa: “Bayern” 2024-cü ilə darmadağınla başladı

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 17-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, 2024-cü ilin ilk oyun günündə bir qarşılaşma baş tutub.

İlin ilk oyununda ötən mövsümün qalibi “Bayern” doğma meydanda “Hoffenhaym”la qarşılaşıb. Münhen təmsilçisi bu oyunda darmadağınla qalib gəlib.

17-ci turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
17-ci tur
12 yanvar

Bayern – Hoffenhaym 3:0
Qollar: Musiala, 18; 70. H.Keyn, 90.

13 yanvar

18:30. Auqsburq – Bayer
18:30. Köln – Haydenhaym
18:30. Frayburq – Union Berlin
18:30. Maynts – Volfsburq
18:30. Leypsiq – Ayntraxt
21:30. Darmştadt – Borussiya (Dortmund)

14 yanvar

18:30. Boxum – Verder
20:30. Borussiya (Mönxenqladbax) – Ştutqart

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: