Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 14-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
Lider “Bayern” doğma meydanda “Verder”lə qarşılaşıb. Yeddi qolun qeydə alındığı matçda Münhen təmsilçisi darmadağına sevinib.
Dortmund “Borussiya”sı “Volfsburq”la səfər oyununda 2 cavabsız qolla məğlub olub. Mönhenqladbax “Borussiya”sı da “Bohum”la səfər matçından xalsız ayrılıb. “Ştutqart” isə “Herta”nı məğlub yola salıb.
Tura sabah keçiriləcək 5 oyunla yekun vurulacaq.
Almaniya Bundesliqası
14-cü tur
8 noyabr
Volfsburq – Borussiya (Dortmund) 2:0
Qol: Van de Ven, 6. Nmeça, 90+2.
Bayern – Verder 6:1
Qol: Musiala, 6. Qnabri, 22; 28; 82. Qoretska, 26. Tel, 84 – Yunq, 10.
Bohum – Borussiya (Mönhenqladbax) 2:1
Qol: Adyey, 9. Hofmann, 12 – Plea, 62.
Ştutqart – Herta 2:1
Qol: Jirassi, 3. Mavropanos, 90+8 – Lukebakio, 19.
9 noyabr
21:30. Köln – Bayer
23:30. Ayntraxt – Hoffenhaym
23:30. Leypsiq – Frayburq
23:30. Şalke – Maynts
23:30. Union Berlin – Auqsburq


