Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 23-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Leypsiq” – “Haydenhaym” matçında qalib müəyyənləşməyib. “Hoffenhaym”la “Ştutqart” arasındakı görüşdə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Lider “Bayern” isə “Ayntraxt”la ev oyununda 3 cavabsız qola sevinib.
Beləliklə, Almaniya Bundesliqasının cari mövsümündə geridə qalmış 23 turdan sonra 58 xala malik “Bayern” vahid liderdir. Ötən mövsümün qaliib “Bayer” 50 xalla ikinci pillədə qərarlaşıb. “Ayntraxt” 42 xalla üçüncü, “Frayburq” 39 xalla dördüncüdür. “Maynts” və “Leypsiq” 38, “Ştutqart” 36, “Volfsburq” və Mönhenqladbax “Borussiya”sı 34 xal toplayıblar.
Almaniya, Bundesliqa
23-cü tur
21 fevral
Frayburq – Verder 5:0
Qollar: Sildilya, 15. Qrifo, 33; 57. Doan, 76; 90+2.
22 fevral
Borussiya (Mönhenqladbax) – Auqsburq 0:3
Qollar: Klod-Maurise, 55; 61; 70.
Holştayn – Bayer 0:2
Qollar: Şik, 9. A.Adli, 45.
Maynts – Sankt Pauli 2:0
Qollar: Li, 67. Nebel, 90+5.
Volfsburq – Boxum 1:1
Qollar: Svanberq, 81 – Masoviç, 50.
Borussiya (Dortmund) – Union Berlin 6:0
Qollar: D.Leyte, 25-öz qapısına. Girassi, 40; 75; 80; 83. Bayer, 89.
23 fevral
Leypsiq – Haydenhaym 2:2
Qollar: Openda, 45+2. Şeşko, 64-pen – Honsak, 6. Pyeringer, 13-pen.
Bayern – Ayntraxt 4:0
Qollar: Olise, 35+3. İto, 61. Musiala, 83. Qnabri, 90+2.
Hoffenhaym – Ştutqart 1:1
Qollar: Orban, 74 – Voltemade, 9.


