Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 18-ci turunun növbəti oyunları keçirililib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
Son çempion “Bayern” bu dəfə doğma meydanda “Verder”lə qarşılaşıb. Münhen təmsilçisi aşağı pillələrdə qərarlaşmış Bremen təmsilçisi ilə görüşdən gözlənilməz məğlubuyyətlə ayrılıb.
Mönxenqladbax “Borussiya”sı da evdə “Auqsburq”la münasibətlərinə aydınlıq gətirib. Bu görüşün ilk hissəsində hesabı açan meydan sahibləri fasilədən sonra bu üstünlüyü əldən veriblər. Qısa vaxt ərzində ardıcıl iki qol vuran qonaqlar səfərdə əzmkar qələbəyə seviniblər.
Bu turun “Maynts” – “Union Berlin” görüşü isə təxirə salınıb.
Beləliklə, 18 turdan sonra “Bayer” 48 xalla vahid liderdir. 17 oyuna 41 xal toplamış “Bayern” ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 34 xal toplamış “Ştutqart” qapayır.
“Leypsiq” və Dortmund “Borussiya”sı 33, “Ayntraxt” və “Frayburq” 28 xal toplayıblar.
Almaniya, Bundesliqa
18-ci tur
20 yanvar
Boxum – Ştutqart 1:0
Qol: Bero, 50.
Darmştadt – Ayntraxt 2:2
Qollar: Yustvan, 61. Klarer, 90+5 – Nkunku, 33. Knauff, 51.
Köln – Borussiya (Dortmund) 0:4
Qollar: Malen, 12; 61. Fullkruq, 58. Mukoko, 90+2.
Frayburq – Hoffenhaym 3:2
Qollar: Holer, 37. Qrifo, 55. Sallai, 85 – Veqhorst, 57. Beyer, 77.
Haydenhaym – Volfsburq 1:1
Qollar: Yens, 45+2-öz qapısına – Çerni, 7.
Leypsiq – Bayer 2:3
Qollar: X.Simons, 7. Openda, 56 – Tella, 47. Ta, 63. İnkapye, 90+1.
21 yanvar
Bayern – Verder 0:1
Qol: Veyzer, 59.
Borussiya (Mönxenqladbax) – Auqsburq 1:2
Qollar: Sibaçu, 26 – Tiets, 47. Engels, 51.


