Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 12-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında son çempion “Bayern” səfərdə “Köln”lə qarşılaşıb. Oyun qonaqların çətin qələbəsiylə yekunlaşıb.
12-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
12-ci tur
24 noyabr
Köln – Bayern 0:1
Qol: Keyn, 20.
25 noyabr
18:30. Borussiya (Dortmund) – Borussiya (Mönxenqladbax)
18:30. Frayburq – Darmştadt
18:30. Union Berlin – Auqsubrq
18:30. Verder – Bayer
18:30. Volfsburq – Leypsiq
21:30. Ayntraxt – Ştutqart
26 noyabr
18:30. Haydenhaym – Boxum
20:30. Hoffenhaym – Maynts


