Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 14-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha altı qarşılaşma baş tutub.
“Volfsburq” doğma meydanda “Frayburq”a minimal hesabla məğlub olub. “Haydenhaym” “Darmştadt”ı, “Verder” isə “Auqsburq”u xalsız yola salıb. Bu mövsüm uğursuz çıxışı ilə diqqət mərkəzində olan “Union Berlin” Mönxenqladbax “Borussiya”sı ilə ev oyununda inamlı qələbəyə sevinib.
Dortmund “Borussiya”sı da bu turu məğlub başa vurub. Sözügedən komanda evdə “Leypsiq”ə uduzub.
Turun ən gözlənilməz nəticəsi isə yəqin ki, “Ayntraxt” – “Bayern” matçında qeydə alınıb. Altı qolluq bu görüşdə Münhen təmsilçisi səfərdə biabırçı hesabla məğlub olub. Bu, son çempionun cari mövsümdə Bundesliqadakı ilk məğlubiyyətidir.
14-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
14-cü tur
8 dekabr
Hoffenhaym – Boxum 3:1
Qollar: Masoviç, 32-öz qapısına. Kramariç, 43. Bebu, 76 – Pasiensya, 90.
9 dekabr
Ayntraxt – Bayern 5:1
Qollar: Marmuş, 12. Ebimbe, 31; 50. Larsson, 36. Knauff, 60 – Kimmix, 44.
Haydenhaym – Darmştadt 3:2
Qollar: Şoppner, 42. Mainka, 69; 71 – Şkarke, 52. Maloney, 60-öz qapısına.
Verder – Auqsburq 2:0
Qollar: Ştark, 39. Duksç, 65.
Union Berlin – Borussiya (Mönxenqladbax) 3:1
Qollar: Volland, 24-pen. Hollerbax, 50. Kaufmann, 75 – Plea, 77.
Volfsburq – Frayburq 0:1
Qol: Qreqoriç, 74.
Borussiya (Dortmund) – Leypsiq 2:3
Qollar: Sule, 45+6. Fullkruq, 90+3 – Bensebaini, 32-öz qapısına. Baumqartner, 54. Poulsen, 90+1.
10 dekabr
18:30. Ştutqart – Bayer
20:30. Köln – Maynts


