Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 4-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü daha altı qarşılaşma baş tutub.
Dortmund “Borussiya”sı səfərdə “Herta”nı minimal hesabla üstələyib.
“Hoffenhaym” “Auqsburq”u, “Leypsiq” isə “Volfsburq”u məğlub yola salıb. “Bayer” səfərdə “Maynts”ı, “Union Berlin” isə “Şalke”ni darmadağın edib.
Turun mərkəzi oyunu “Bayern”lə Mönhenqladbax “Borussiya”sı arasında baş tutub. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.
Turun qalan iki oyunu bazar günü keçiriləcək.
Almaniya Bundesliqası
4-cü tur
26 avqust
Frayburq – Bohum 1:0
Qol: Qrifo, 48.
27 avqust
Herta – Borussiya (Dortmund) 0:1
Qol: Modeste, 32.
Hoffenhaym – Auqsburq 1:0
Qol: Qeyger, 39.
Maynts – Bayer 0:3
Qol: Palasios, 29. Frimponq, 39; 41.
Leypsiq – Volfsburq 2:0
Qol: Nkunku, 5-pen; 90.
Şalke – Union Berlin 1:6
Qol: Bulter, 31-pen – Torsbi, 6. Bekker, 36; 46. Haberer, 45+3. Miçel, 87; 90.
Bayern – Borussiya (Mönhenqladbax) 1:1
Qol: Sane, 83 – Turam, 43.
28 avqust
17:30. Köln – Ştutqart
19:30. Verder – Ayntraxt


