Bundesliqa: “Bohum” “Darmştadt”a səfərdə qalib gəldi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 10-cu turunun oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Darmştadt” “Bohum”u qəbul edib. Qonaqlar bu oyundan qələbə ilə ayrılıblar.

10-cu turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
10-cu tur
3 noyabr

Darmştadt – Bohum 1:2
Qollar: Nürnberger, 43 – Asano, 25; 54.

4 noyabr

18:30. Köln – Auqsburq
18:30. Frayburq – Borussiya (Mönhenqladbah)
18:30. Hoffenhaym – Bayer
18:30. Maynts – Leypsiq
18:30. Union Berlin – Ayntraxt
21:30. Borussiya (Dortmund) – Bayern

5 noyabr

18:30. Volfsburq – Verder
20:30. Haydenhaym – Ştutqart

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: