Bundesliqa: “Bohum” və “Maynts”dan məhsuldar heç-heçə

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 9-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Bohum” doğma meydanda “Maynts”la qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

9-cu turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
9-cu tur
27 oktyabr

Bohum – Maynts 2:2
Qollar: Stoger, 21-pen. Şlotterbek, 82 – Şlotterbek, 59-öz qapısına. Krauss, 90+6.

28 oktyabr

17:30. Auqsburq – Volfsburq
17:30. Borussiya (Mönhenqladbah) – Haydenhaym
17:30. Bayern – Darmştadt
17:30. Ştutqart – Hoffenhaym
17:30. Verder – Union Berlin
20:30. Leypsiq – Köln

29 oktyabr

18:30. Ayntraxt – Borussiya (Dortmund)
20:30. Bayer – Frayburq

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: