Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 9-cu turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
“Ayntraxt” doğma meydanda Dortmund “Borussiya”sı ilə qarşılaşıb. Altı qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib.
Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Bayer” isə doğma meydanda “Frayburq”a qalib gəlib.
Beləliklə, 9 turdan sonra 25 xala malik “Bayer” vahid liderdir. “Bayern” 23 xalla ikincidirsə, “Ştutqart”la Dortmund “Borussiya”sı üçüncü pilləyə şərikdirlər. “Leypsiq”in 20, “Hoffenhaym”ın 18, “Ayntraxt”ın 14, “Frayburq”un 13, “Volfsburq”un 12, “Auqsburq”un 11 xalı var.
Almaniya, Bundesliqa
9-cu tur
27 oktyabr
Bohum – Maynts 2:2
Qollar: Stoger, 21-pen. Şlotterbek, 82 – Şlotterbek, 59-öz qapısına. Krauss, 90+6.
28 oktyabr
Auqsburq – Volfsburq 3:2
Qollar: Tiets, 17. Bornau, 79-öz qapısına. Engels, 81 – Vind, 35. Mayer, 45-pen.
Borussiya (Mönhenqladbah) – Haydenhaym 2:1
Qollar: Plea, 4. Fohrenbax, 51-öz qapısına – Dinkci, 38.
Bayern – Darmştadt 8:0
Qollar: Keyn, 51; 69; 88. Sane, 56; 64. Musiala, 60; 76. Müller, 71.
Ştutqart – Hoffenhaym 2:3
Qollar: Fuhrix, 61. Undav, 74 – Promel, 5. Veqorst, 21-pen. Skov, 66.
Verder – Union Berlin 2:0
Qollar: Knoçe, 38-öz qapısına. Dukş, 75.
Leypsiq – Köln 6:0
Qollar: Verner, 15-pen. Openda, 40; 45+3. Raum, 43. Şeşko, 88. Baumqartner, 90+1.
29 oktyabr
Ayntraxt – Borussiya (Dortmund) 3:3
Qollar: Marmuş, 8-pen; 24. Çaibi, 68 – Zabitser, 45+1. Mukoko, 54. Brandt, 82.
Bayer – Frayburq 2:1
Qollar: Virts, 36. Hofman, 60 – Qulde, 70.


