Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 6-cı turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Turun açılış matçında Dortmund “Borussiya”sı səfərdə “Hoffenhaym”la qarşılaşıb. Dörd qolun qeydə alındığı qarşılaşma dortmundluların qələbəsiylə yekunlaşıb.
6-cı turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
6-cı tur
29 sentyabr
Hoffenhaym – Borussiya (Dortmund) 1:3
Qollar: Kramariç, 25-pen – Fullkruq, 18. Roys, 45+3. Ryerson, 90+5.
30 sentyabr
17:30. Bohum – Borussiya (Mönhenqladbah)
17:30. Köln – Ştutqart
17:30. Haydenhaym – Union Berlin
17:30. Maynts – Bayer
17:30. Volfsburq – Ayntraxt
20:30. Leypsiq – Bayern
1 oktyabr
17:30. Darmştadt – Verder
19:30. Frayburq – Auqsburq


