Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
“Darmştadt” – “Maynts” matçında qapılara qol vurulmayıb. “Auqsburq” – “Hoffenhaym” və “Boxum” – “Köln” oyunlarında da qalib müəyyənləşməyib.
Altı qolu vurulduğu “Bayern” – “Haydenhaym” matçı son çempionun inamlı qələbəsiylə yekunlaşıb. Səfərdə “Ştutqart”la qarşılaşan Dortmund “Borussiya”sı isə turu məğlubiyyətlə başa vurub.
11-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
11-ci tur
10 noyabr
Borussiya (Mönxenqladbax) – Volfsburq 4:0
Qollar: Çvançara, 16. Rayts, 42. Honorat, 64. Plea, 71.
11 noyabr
Auqsburq – Hoffenhaym 1:1
Qollar: Demiroviç, 53 – Veqorst, 23.
Bayern – Haydenhaym 4:2
Qollar: Keyn, 14; 44. Gerrero, 72. Şupo-Motinq, 85 – Klayndienst, 67. Beste, 70.
Darmştadt – Maynts 0:0
Ştutqart – Borussiya (Dortmund) 2:1
Qollar: Undav, 42. Girassi, 83-pen – Fullkruq, 36.
Boxum – Köln 1:1
Qollar: Daşner, 25 – Selke, 54.
12 noyabr
18:30. Bayer – Union Berlin
20:30. Verder – Ayntraxt
22:30. Leypsiq – Frayburq


