Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 7-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında Mönhenqladbah “Borussiya”sı doğma meydanda “Maynts”la qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
Xatırladaq ki, 7-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
7-ci tur
6 oktyabr
Borussiya (Mönhenqladbah) – Maynts 2:2
Qollar: Noyhaus, 22. Skalli, 88 – Qruda, 24. Barkok, 75.
7 oktyabr
17:30. Auqsburq – Darmştadt
17:30. Borussiya (Dortmund) – Union Berlin
17:30. Leypsiq – Bohum
17:30. Ştutqart – Volfsburq
20:30. Verder – Hoffenhaym
8 oktyabr
17:30. Bayer – Köln
19:30. Bayern – Frayburq
21:30. Ayntraxt – Haydenhaym


