Bundesliqa: “Borussiya” “Verder”i tək qolla məğlub etdi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 8-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında Dortmund “Borussiya”sı doğma meydanda “Verder”lə qarşılaşıb. Qarşılaşma dortmundluların çətin qələbəsiylə yekunlaşıb.

8-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
8-ci tur
20 oktyabr

Borussiya (Dortmund) – Verder 1:0
Qol: Brandt, 67.

21 oktyabr

17:30. Darmştadt – Leypsiq
17:30. Frayburq – Bohum
17:30. Hoffenhaym – Ayntraxt
17:30. Union Berlin – Ştutqart
17:30. Volfsburq – Bayer
20:30. Maynts – Bayern

22 oktyabr

17:30. Köln – Borussiya (Mönhenqladbah)
19:30. Haydenhaym – Auqsburq

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: