Bundesliqa: “Borussiya” “Verder”lə ev oyununda xal itirdi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 15-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında Mönxenqladbax “Borussiya”sı doğma meydanda “Verder”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

15-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
15-ci tur
15 dekabr

Borussiya (Mönxenqladbax) – Verder 2:2
Qollar: Reyts, 45; 49 – Borre, 7. Dukç, 76.

16 dekabr

18:30. Auqsburq – Borussiya (Dortmund)
18:30. Boxum – Union Berlin
18:30. Darmştadt – Volfsburq
18:30. Maynts – Haydenhaym
21:30. Leypsiq – Hoffenhaym

17 dekabr

18:30. Frayburq – Köln
20:30. Bayer – Ayntraxt
22:30. Bayern – Ştutqart

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: