Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 19-cu turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Union Berlin” doğma meydanda “Darmştadt”la qarşılaşıb və minimal hesabla qalib gəlib.
Dörd qolun qeydə alındığı “Borussiya” – “Boxum” matçında da Dortmund təmsilçisi inamlı qələbəyə sevinib.
Beləliklə, Bundesliqada 19 turdan sonra 49 xalı olan “Bayer” vahid liderdir. Son çempion “Bayern” 47 xalla 2-ci, 37 xalı olan “Ştutqart” 3-cü pillədə qərarlaşıb.
Dortmund “Borussiya”sı 36, ardıcıl üç oyundur uduzan “Leypsiq” 33, “Ayntraxt” 31, “Frayburq” 28, “Hoffenhaym” 25, “Verder” və “Haydenhaym” 23, “Volfsburq” 22, Mönxenqladbax “Borussiya”sı və “Auqsburq” 21 xal toplayıblar. “Boxum”un 20, “Union Berlin”in 17, “Köln”ün 12, “Maynts” və “Darmştadt”ın isə 11 xalı var.
Almaniya, Bundesliqa
19-cu tur
26 yanvar
Ayntraxt – Maynts 1:0
Qol: M.Götse, 73.
27 yanvar
Auqsburq – Bayern 2:3
Qollar: Demiroviç, 52; 90+4-pen – Pavloviç, 23. Devis, 45+5. Keyn, 58.
Hoffenhaym – Haydenhaym 1:1
Qollar: Kramariç, 45+7 – Dinkci, 29.
Ştutqart – Leypsiq 5:2
Qollar: Millo, 25-pen. Undav, 30; 56; 75. Levelinq, 48 – Şeşko, 32. Openda, 55.
Verder – Frayburq 3:1
Qollar: Dukş, 9-pen. Njinma, 53. Malatini, 90+3 – Qrifo, 28-pen.
Volfsburq – Köln 1:1
Qollar: Paredes, 40 – Alidu, 38.
Bayer – Borussiya (Mönxenqladbax) 0:0
28 yanvar
Union Berlin – Darmştadt 1:0
Qol: Hollerbax, 62.
Borussiya (Dortmund) – Boxum 3:1
Qollar: Fullkruq, 7-pen; 72; 90+1 – Şlotterbek, 45-öz qapısına.


