Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 11-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında Mönxenqladbax “Borussiya”sı doğma meydanda “Volfsburq”u 4 cavabsız qolla məğlub edib.
11-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
11-ci tur
10 noyabr
Borussiya (Mönxenqladbax) – Volfsburq 4:0
Qollar: Çvançara, 16. Rayts, 42. Honorat, 64. Plea, 71.
11 noyabr
18:30. Auqsburq – Hoffenhaym
18:30. Bayern – Haydenhaym
18:30. Darmştadt – Maynts
18:30. Ştutqart – Borussiya (Dortmund)
21:30. Boxum – Köln
12 noyabr
18:30. Bayer – Union Berlin
20:30. Verder – Ayntraxt
22:30. Leypsiq – Frayburq


