Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 15-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında Mönhenqladbax və Dortmund “Borussiya”ları üz-üzə gəliblər. Mönhenqladbaxda baş tutan və 6 qolun qeydə alındığı matçda Dortmund təmsilçisi məğlubiyyətə üzülüb.
Turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya Bundesliqası
15-ci tur
11 noyabr
Borussiya (Mönhenqladbax) – Borussiya (Dortmund) 4:2
Qol: Hofmann, 4. Bensebaini, 26. Turam, 30 – Brandt, 19. Şlotterbek, 40.
12 noyabr
18:30. Auqsburq – Bohum
18:30. Bayer – Ştutqart
18:30. Herta – Köln
18:30. Hoffenhaym – Volfsburq
18:30. Verder – Leypsiq
21:30. Şalke – Bayern
13 noyabr
18:30. Maynts – Ayntraxt
20:30. Frayburq – Union Berlin


