Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 12-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Haydenhaym” – “Boxum” matçında qapılara qol vurulmayıb. “Hoffenhaym” – “Maynts” görüşündə isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Beləliklə, 12 turdan sonra 34 xala malik Leverkuzen “Bayer”i vahid liderliyini qoruyub. Son çempion “Bayern” 32 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 27 xalı olan “Ştutqart” qapayır.
Dortmund “Borussiya”sının 23, “Leypsiq”in 23, “Hoffenhaym”ın 20, “Ayntraxt”ın (Frankfurt) 18, “Volfsburq”un 16, “Frayburq”un 15, “Auqsburq”un 14, Mönxenqladbax “Borussiya”sının 13, “Verder”lə “Haydenhaym”ın 11, “Boxum”un 10 xalı var. “Darmştadt” 9, “Maynts” 8, “Union Berlin” 7, sonuncu olan “Köln” isə cəmi 6 xal toplayıb.
Almaniya, Bundesliqa
12-ci tur
24 noyabr
Köln – Bayern 0:1
Qol: Keyn, 20.
25 noyabr
Borussiya (Dortmund) – Borussiya (Mönxenqladbax) 4:2
Qollar: Zabitser, 30. Fullkruq, 32. Bayno-Gittens, 45. Malen, 90+7 – Rayts, 13. Kone, 28.
Frayburq – Darmştadt 1:1
Qollar: Holer, 35 – Honsak, 18.
Union Berlin – Auqsubrq 1:1
Qollar: Volland, 88 – Demiroviç, 39.
Verder – Bayer 0:3
Qollar: Deman, 9-öz qapısına. Frimponq, 43. Qrimaldo, 76.
Volfsburq – Leypsiq 2:1
Qollar: Vind, 9. Rocerio, 66 – Poulsen, 52.
Ayntraxt – Ştutqart 1:2
Qollar: Anton, 26-öz qapısına – Undav, 1; 45+1.
26 noyabr
Haydenhaym – Boxum 0:0
Hoffenhaym – Maynts 1:1
Qollar: Skov, 48 – Rixter, 39.


