Bundesliqa: “Qarabağ”ın rəqibindən darmadağın – Video

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha altı qarşılaşma baş tutub.

Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Bayer” doğma meydanda “Darmştadt”a böyük hesabla qalib gəlib.

Dörd qolun qeydə alındığı “Auqsburq” – “Bohum” matçında qalib müəyyənləşməyib. “Hoffenhaym” “Volfsburq”u, “Ştutqart” “Frayburq”u, “Verder” də “Maynts”ı məğlub yola salıb.

Səfərdə Mönhenqladbah “Borussiya”sı ilə qarşılaşan son çempion “Bayern” isə əzmkar qələbə sayəsində uğurlu seriyasını davam etdirib.

Hazırda həm “Qarabağ”ın rəqibi olan “Bayer”, həm də son çempion “Bayern” 9 xalla ilk pilləni bölüşürlər.

3-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
3-cü tur
1 sentyabr

Borussiya (Dortmund) – Haydenhaym 2:2
Qollar: Brandt, 7. E.Can, 15-pen – E.Dinkçi, 61. Klayndinst, 82-pen.

2 sentyabr

Auqsburq – Bohum 2:2
Qollar: Belyo, 35. Demiroviç, 62 – Asano, 45+3; 64.

Bayer – Darmştadt 5:1
Qollar: Bonifase, 21. Palasio, 49. Bonifase, 61. Hofmann, 67. Hlojek, 83 – Vilhelmsson, 25.

Hoffenhaym – Volfsburq 3:1
Qollar: Bruks, 45+2. Beyer, 60. Skov, 74 – Tomas, 36.

Ştutqart – Frayburq 5:0
Qollar: Fuhrix, 8; 62. Jirassi, 17; 19. Millot, 75.

Verder – Maynts 4:0
Qollar: Duks, 3. Staqe, 53. Bittenkur, 82. Njinma, 83.

Borussiya (Mönhenqladbah) – Bayern 1:2
Qollar: İtakura, 30 – Sane, 58. Tel, 87.

3 sentyabr

17:30. Ayntraxt – Köln
19:30. Union Berlin – Leypsiq

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: