Bundesliqa: “Ştutqart” 3 xalı 3 qolla qazandı

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 5-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Ştutqart” doğma meydanda “Darmştadt”la qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.

5-ci turun qalan görüşləri qarşıdakı şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
5-ci tur
22 sentyabr

Ştutqart – Darmştadt 3:1
Qollar: Millot, 22. Jirassi, 32; 90+2 – Zaqadu, 17-öz qapısına.

23 sentyabr

17:30. Auqsburq – Maynts
17:30. Borussiya (Mönhenqladbah) – Leypsiq
17:30. Bayern – Bohum
17:30. Borussiya (Dortmund) – Volfsburq
17:30. Union Berlin – Hoffenhaym
20:30. Verder – Köln

24 sentyabr

17:30. Bayer – Haydenhaym
19:30. Antraxt – Frayburq

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: