Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Mönxenqladbax “Borussiya”sı “Hoffenhaym”ı, “Boxum” “Volfsburq”u, “Leypsiq” “Haydenhaym”ı, “Ştutqart” isə “Verder”i məğlub yola salıb. Son çempion “Bayern”in də “Union Berlin”lə ev matçı Münhenə yağan güclü qar səbəbindən təxirə salınıb.
Tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq.
Almaniya, Bundesliqa
13-cü tur
1 dekabr
Darmştadt – Köln 0:1
Qol: Selke, 60.
2 dekabr
Bayern – Union Berlin matçı təxirə salınıb
Borussiya (Mönxenqladbax) – Hoffenhaym 2:1
Qollar: Plea, 58-pen. Nqumu, 80 – Veqorst, 60.
Boxum – Volfsburq 3:1
Qollar: Osterhaq, 19. Bernardo, 39. Adjey, 87 – Svanberq, 45+1.
Leypsiq – Haydenhaym 2:1
Qollar: Openda, 29. Poulsen, 44 – Gimber, 45+2.
Ştutqart – Verder 2:0
Qollar: Undav, 17. Girassi, 75.
3 dekabr
18:30. Maynts – Frayburq
20:30. Bayer – Borussiya (Dortmund)
22:30. Auqsburq – Ayntraxt


