Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 12-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
Lider “Union Berlin” doğma meydanda Mönhenqladbax “Borussiya”sı üzərində əzmkar qələbəyə sevinib. Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Frayburq” bu dəfə səfərdə “Şalke”ni 2 cavabsız qolla yenib. “Köln” – “Hoffenhaym” matçında isə tərəflər hərəyə 1 qolla 1 xal qazanıblar.
Beləliklə, 12 turdan sonra “Union Berlin” 26 xalla vahid liderdir. 25 xalı olan “Bayern” ikinci, 24 xala malik “Frayburq” üçüncüdür. Dortmund “Borussiya”sının 22, “Ayntraxt”ın 20, “Leypsiq”in 19 xalı var.
Almaniya Bundesliqası
12-ci tur
28 oktyabr
Verder – Herta 1:0
Qol: Fullkruq, 85.
29 oktyabr
Bayern – Maynts 6:2
Qol: Qnabri, 5. Musiala, 28. Mane, 43. Qoretska, 58. Tel, 79. Şupo-Motinq, 86 – Vidmer, 45+4. İnqvartsen, 82.
Leypsiq – Bayer 2:0
Qol: Nkunku, 32. Verner, 83.
Ştutqart – Auqsburq 2:1
Qol: Jirassi, 15. Anton, 90+1 – Nyederlexner, 4.
Volfsburq – Bohum 4:0
Qol: Nmeça, 27; 58. Baku, 35. Vind, 80.
Ayntraxt – Borussiya (Dortmund) 1:2
Qol: Kamada, 26 – Brandt, 21. Bellingem, 52.
30 oktyabr
Union Berlin – Borussiya (Mönhenqladbax) 2:1
Qol: Behrens, 79. Doexi, 90+7 – Elvedi, 33.
Şalke – Frayburq 0:2
Qol: Qrifo, 45+1; 61.
Köln – Hoffenhaym 1:1
Qol: Kaynts, 13 – Larsen, 36.


