Bundesliqa: “Union Berlin” “Leypsiq”ə 3 cavabsız qolla uduzdu

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 3-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

“Ayntraxt” – “Köln” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Union Berlin” isə doğma meydanda “Leypsiq”ə 3 cavabsız qolla məğlub olub.

Beləliklə, 3 turdan sonra “Bayer” və “Bayern” maksimum nəticə – 9 xalla zirvəyə şərikdirlər. “Ştutqart”, “Leypsiq”, “Union Berlin”, “Hoffenhaym”, “Volfsburq” və “Frayburq” 6 xal toplayıblar. Dortmund “Borussiya”sının və “Ayntraxt”ın 5 xalı var. “Verder” 3, “Auqsburq”la “Bohum” 2 xal əldə ediblər.

Almaniya, Bundesliqa
3-cü tur
1 sentyabr

Borussiya (Dortmund) – Haydenhaym 2:2
Qollar: Brandt, 7. E.Can, 15-pen – E.Dinkçi, 61. Klayndinst, 82-pen.

2 sentyabr

Auqsburq – Bohum 2:2
Qollar: Belyo, 35. Demiroviç, 62 – Asano, 45+3; 64.

Bayer – Darmştadt 5:1
Qollar: Bonifase, 21. Palasio, 49. Bonifase, 61. Hofmann, 67. Hlojek, 83 – Vilhelmsson, 25.

Hoffenhaym – Volfsburq 3:1
Qollar: Bruks, 45+2. Beyer, 60. Skov, 74 – Tomas, 36.

Ştutqart – Frayburq 5:0
Qollar: Fuhrix, 8; 62. Jirassi, 17; 19. Millot, 75.

Verder – Maynts 4:0
Qollar: Duks, 3. Staqe, 53. Bittenkur, 82. Njinma, 83.

Borussiya (Mönhenqladbah) – Bayern 1:2
Qollar: İtakura, 30 – Sane, 58. Tel, 87.

3 sentyabr

Ayntraxt – Köln 1:1
Qollar: Nkunku, 87 – Kaynts, 43-pen.

Union Berlin – Leypsiq 0:3
Qollar: Simons, 51. Şeşko, 85; 87.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: