Bundesliqa: “Union Berlin” uduzdu, lider dəyişdi

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 13-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Lider “Union Berlin” səfərdə “Bayer”lə qarşılaşıb. Leverkuzen təmsilçisi uğurlu mövsüm keçirən rəqibini doğma meydanda 5 cavabsız qolla məğlub edib. Nəticədə Berlin təmsilçisi 3-cü pilləyə enib. Çünki günün digər matçında “Frayburq” “Köln”ü 2 cavabsız qolla yenərək ikinci pilləyə yüksəlib.

Beləliklə, 13 turdan sonra “Bayern” 28 xalla vahid liderdir. “Frayburq” 27 xalla ikinci, “Union Berlin” isə 26 xalla üçüncü pillədə qərarlaşıb. Dortmund “Borussiya”sı 25 xalla 4-cüdürsə, “Ayntraxt”ın 23, “Leypsiq”in isə 22 xalı var.

Almaniya Bundesliqası
13-cü tur
4 noyabr

Borussiya (Mönhenqladbax) – Ştutqart 3:1
Qol: Hofmann, 4. Turam, 25. Hermann, 90+4 – T.Tomas, 35.

5 noyabr

Auqsburq – Ayntraxt 1:2
Qol: Berişa, 1 – Rode, 13. Knauff, 64.

Borussiya (Dortmund) – Bohum 3:0
Qol: Mukoko, 8; 45+2. Reyna, 12-pen.

Herta – Bayern 2:3
Qol: Lukebakio, 40. Selke, 45 – Musiala, 12. Şupo-Motinq, 37; 38.

Hoffenhaym – Leypsiq 1:3
Qol: Rutter, 50 – Nkunku, 17; 57. Olmo, 69.

Maynts – Volfsburq 0:3
Qol: Vimmer, 33. Arnold, 70. Baku, 84.

Verder – Şalke 2:1
Qol: Fullkruq, 30. Dukş, 76. – Dreksler, 89.

6 noyabr

Bayer – Union Berlin 5:0
Qol: Andrix, 46. Diabi, 56; 58. Hlojek, 68. Bakker, 76.

Frayburq – Köln 2:0
Qol: Yonq, 53. Qreqoriç, 64.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: